İrvinq Losano “Napoli”ni PSV-yə dəyişdi – 15 miylon avroya

Futbol üzrə Meksika milli komandasının sağ cinah vingeri İrvinq Losano İtaliyanın “Napoli” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Niderland nəhənglərindən olan PSV-yə keçib.

Eyndhoven klubu onu 15 milyon avro qarşılığında heyətinə qatıb. Meksikalı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

İrvinq Losano “Napoli”yə 2019-cu ilin avqustunda məhz PSV-dən getmişdi. Həmin vaxt Niderland klubu onun satışından 45 milyon avro qazanmışdı. Halbuki, PSV 2017-ci ildə ilk dəfə heyətinə qatanda cəmi 12,5 milyon avro xərcə düşmüşdü.

İrvinq karyerası ərzində cəmi üç komandada forma geyinib. O, “Napoli”də 155 oyuna 30 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. “Paçuka”da 149 oyuna 43 qol və 31 assistlə yadda qalmış meksikalı oyunçu PSV-də də 80 matç keçirib, 40 qol vurub, 23 məhsuldar ötürmə edib. O, Meksika milli komandasında da 64 oyuna 17 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: