Siyasət Əsgərov: “Millinin oyunundan razı qalmadım”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Millətlər Liqasında Kiprə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, yığmamız bu gün UEFA Millətlər Liqasında C Liqasının 3-cü qrupu çərçivəsində “Dalğa Arena”da qarşılaşdığı Kipr seçməsi ilə oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Millimizin baş məqçisi Siyasət Əsgərov matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“İlk oyun həmişə çətin olur. Futbolçularda həyəcan var idi. Məqsədimiz qələbə qazanmaq idi. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Rəqib də bizim bir səhvimizdan maksimum istifadə edib qol vurdu. Oyundan razı qaldığımı deyə bilmərəm. Növbəti oyunu səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyik. Bu görüşü analiz edib buraxdığımız səhvləri aradan qaldırmağa çalışacağıq. Psixoloji cəhətdən də yaxşı hazırlaşmalıyıq. Monteneqro tam fərqli bir komandadır, keyfiyyətli oyunçuları var. Məqsədimiz səfərdən xalla qayıtmaqdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: