Premyer Liqa: “Neftçi” Zirədən 1 xalla qayıtdı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması “Zirə” ilə “Neftçi” arasında baş tutub.

Çempionata əla başlayan və 6 turdan sonra zirvədə qərarlaşan “Zirə” paytaxt derbisindən də qalib ayrılmaq istəyindəydi. Qeyri-sabit nəticələri ilə diqqət çəkən “Neftçi” də ilk “üçlük”dən uzaq düşməmək üçün səfərdən qalib dönmək arzusundaydı. Qarşılaşmada hesabı da qonaqlar açıblar. Amma meydan sahibləri elə ilk hissədə buraxılan qolun əvəzini çıxa biliblər. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Xatırladaq ki, turun ilk matçında “Sumqayıt”la “Turan Tovuz” da heç-heçəyə razılaşmışdılar – 0:0.

“Sabah” – “Kəpəz” və “Səbail” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. “Qəbələ” – “Qarabağ” görüşü isə sentyabrın 25-də baş tutacaq.

Premyer Liqa
7-ci tur
23 sentyabr

“Zirə” – “Neftçi” 1:1
Qollar: Qismət Alıyev, 44-pen – Yuri Matias, 22.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev.
Zirə Olimpiya İdman Kompleksinin stadionu, 20:30.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 4. Ruan Renato, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 6. Eldar Quliyev, 19. Salifu Suma..
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: