Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Atalanta” doğma meydanda “Kalyari”yə, “Fiorentina” isə səfərdə “Udineze”yə 2 cavabsız qolla qalib gəlib.
“Empoli”nin qonağı olan “İnter” də turu qələbə ilə başa vurub. “Bolonya”nın qonağı olan son çempion “Napoli” isə xal itkisi ilə üzləşib. Səfərdə “Torino” ilə üz-üzə gələn “Roma” da qələbəni əldən verib.
Beləliklə, 5 turdan sonra maksimum nəticə göstərən “İnter” 15 xalla vahid liderdir. “Milan”ın 12, “Leççe”nin 11, “Yuventus”la “Fiorentina”nın 10, “Atalanta”nın 9, “Napoli”, “Frozinone” və “Torino”nun 8, “Verona”nın 7, “Bolonya” və “Sassuolo”nun 6, “Roma” və “Montsa”nın 5, “Latsio” və “Ceona”nın 4, “Salernitana” və “Udineze”nin 3, “Kalyari”nin 2 xalı var. Sonuncu olan və bütün oyunlardan xalsız ayrılmış “Empoli” isə bu mövsüm heç qol sevinci də yaşamayıb.
İtaliya A Seriyası
5-ci tur
22 sentyabr
Salernitana – Frozinone 1:1
Qollar: Kabral, 52 – Romanyoli, 12.
Leççe – Cenoa 1:0
Qol: Udin, 83.
23 sentyabr
Milan – Verona 1:0
Qol: Leao, 8.
Sassuolo – Yuventus 4:2
Qollar: Loryente, 12. Berardi, 41. Pinamonti, 82. Qatti, 90+5-öz qapısına – Vinya, 21-öz qapısına. Kyeza, 78.
Latsio – Montsa 1:1
Qollar: İmmobile, 12-pen – Qalyardini, 36.
24 sentyabr
Empoli – İnter 0:1
Qol: Dimarko, 51.
Atalanta – Kalyari 2:0
Qollar: Lukman, 33. Paşaliç, 76.
Udineze – Fiorentina 0:2
Qollar: Martines, 32. Bonaventura, 90+3.
Bolonya – Napoli 0:0
Torino – Roma 1:1
Qollar: Sapata, 85 – Lukaku, 68.


