Fransa polisi Liqa 1-in PSJ – “Olimpik” (Marsel) oyunundan öncə “Park de Prens” stadionunda bomba partlatmaqla hədələyən şəxsi həbs edib.
Arerna.az bu barədə “Footmercato” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, həmin şəxsin axtarışları bir neçə saat davam edib. Axtarışda çoxlu sayda polis əməkdaşı iştirak edib. Terror əməlinə təşəbbüs edən bədniyyət şəxs Parisin 15-ci rayonunda, metronun yaxınlığında saxlanılıb. Amma onun üzərində heç bir partlayıcı qurğu tapılmayıb. Saxlanılan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına kəşfiyyat xidmətinin agenti olduğunu bildirib. Şübhəli şəxsin psixiatriya xəstəxanasına müayinəyə göndəriləcəyi vurğulanır.
Bundan əvvəl yerli kafedə bir nəfər kişi də heç bir səbəb olmadan qadın turistə hücum edib.
Xatırladaq ki, Liqa 1-in 6-cı turu çərçivəsində keçirilmiş “PSJ” – “Olimpik” (Marsel) oyunu parislilərin böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.


