Zlatan İbrahimoviç “Milan”a direktor kimi qayıdır

“Milan”ın sabiq hücumçusu, isveçli ulduz Zlatan İbrahimoviç vəzifə sahibi kimi İtaliya klubunun sıralarına qayıda bilər.

Arena.az bu barədə “Calciomercato”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Milan”ın sahibi Cerri Kardinale şəxsən İbrahimoviçin kluba qayıtmasında maraqlıdır. Sabiq futbolçu komandanın baş məşqçisi Stefano Piolinin köməkçisi ola bilər. Bu yaxınlarda Zlatanın Pioli ilə məşq prosesində iştirakını təsvir edən şəkil sosial şəbəkələrə sızmışdı. Amma vurğulanır ki, 41 yaşlı “İbra” məşqçilər qərargahına daxil olmayacaq, isveçli mütəxəssisi direktor məsuliyyəti gözləyir.

Xatırladaq ki, Zlatan İbrahimoviç cari ilin yayında futbolçu karyerasına xitam verdiyini bəyan edib. 1999-cu ildə peşəkar futbolçu karyerasına başlamış “İbra” bu illər ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted”, “Los-Anceles Qelaksi”də çıxış edib. İbrahimoviç karyerası boyunca 701 oyuna çıxıb, 442 qol vurub, 205 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Zlatan İbrahimoviç çoxlu müxtəlif kuboklar və fərdi mükafatlar qazansa da, heç zaman UEFA Çempionlar Liqasını qalibi ola bilməyib.

İbrahimoviç İsveç yığmasının heyətində 122 oyun keçirib, 62 qol vurub, 25 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: