“Napoli” fransız baş məşqçisi Rudi Qarsiyanın zəif nəticələr göstərməsi müqabilində PSJ-nin sabiq baş məşqçisi Kristof Qaltye əlaqə yaradıb.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Dünən “Napoli” rəhbərliyi Kristof Qaltyenin vəziyyəti ilə maraqlanıb. Neapol klubunun prezidenti Aurelio De Laurentis gələcəyə indidən hazırlaşır və Qarsiyanın vəziyyəti dəyişmək üçün dörd oyunu olduğu vurğulanır. PSJ-nin sabiq baş məşqçisi, fransız mütəxəssis Qaltye isə hələlik gözləmə mövqeyindədir. Qaltye bazardakı vəziyyəti dinləyir və yenidən işə götürülmək istəyir, amma fransız mütəxəssis iri layihələrə iddialıdır.
Bu arada Marsel “Olimpik”inin də istefaya göndərilmiş Marselionun əvəzində Kristof Qaltyeni baş məşqçi postuna gətirmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyi haqda məlumatlar yayılıb. Son günlərdə Marsel klubunun da Qaltye ilə əlaqə saxladığı və mütəxəssisə konkrert təklif etdiyi bildirilir. “Olimpik” rəhbərliyi – Pablo Lonqoriya və Xavyer Ribalta Kristof Qaltyenin xidmət siyahısındakı uğurlarını yüksək dəyərləndirirlər. Həmçinin Qaltyenin Marseldə ciddi tərəfdarları olduğu vurğulanır.
Xatırladaq ki, Qaltye PSJ-dən ayrılandan sonra işsizdir.
Rudi Qarsiyanın rəhbərliyi altında “eşşəkciklər” A Seriyasının cari mövsümündə 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət yaşayıblar, top fərqi isə 8:5 nisbətindədir. Hər hansı digər komanda üçün mövsümə müvafiq surətdə başlanğıc bəlkə də qənaətbəxşdir, ancaq tələbkar neapollular çempion qismində müvafiq başlanğıcı heç də alqışlamırlar.
Maraqlıdır ki, bu nəticə 2015/2016 mövsümündən bəri komandanın A Seriysında ən pis nəticəsidir. O zaman Neapol təmsilçisi mövsümün ilk 5 turunda cəmi 6 xal toplamışdı.


