Elçin Məmmədov “Beşiktaş” – “Luqano” matçına təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Avropa Konfrans Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, o, “Beşiktaş”la (Türkiyə) ilə “Luqano” (İsveçrə) komandaları arasında baş tutacaq oyunda iş başında olacaq.

Elçin Məmmədov İstanbulda keçiriləcək bu qarşılaşmada UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Oktyabrın 5-də Türkiyənin İstanbul şəhərindəki “Beşiktaş Park” stadionunda baş tutacaq “Beşiktaş” – “Luqano” matçına Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: