Fransa yığmasının sabiq üzvü Frank Leböf Lionel Messi, Neymar və Marko Verrattinin gedişindən sonra PSJ-dəki dəyişikliklərdən söz açıb.
Arena.az “Casinos En Ligne” dərgisinə istinadən Leböfün bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“PSJ Avropada hər kəsi təəccübləndirə bilər. Çoxları “Mançester Siti”, “Real” və “Bayern”ə baxırlar, amma PSJ çoxumuzu heyrətə sala bilər. Fransada səndən yaxşı oyun gözləyirlərsə, onlar məhz o zaman partlayırlar.
PSJ-dəki dəyişikliklər mənim xoşuma gəlir. Verratti, Messi və Neymar getdilər, amma onlarsa yaxşı tarazlıq tapdılar. Uqarte əla sövdədir. Mən onu sevirəm, çünki o, lider və döyüşçüdür – və bu, PSJ-nin 10 il ərzində ehtiyac duyduğu məfhumdur. Luis Enrikenin topu itirdikləri zaman əks-təpgidə ön xəttlə etdiklərini də bəyənirəm. Mən belə futbolu bəyənirəm. PSJ oyunçularının sədaqəti mükəmməldir”, deyə Frank Leböf Fransa nəhəngi haqda ağızdolusu danışıb.
Fransa çempionatı çərçivəsində keçirdiyi 6 turdan sonra PSJ 11 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Liqa 1-də Fransa nəhəngini “Nitsa” (12 xal) və “Brest” (13 xal) qabaqlayırlar.


