Ançelotti: “Jirona”nın çox ciddi üstünlüyü var”

“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti La Liqanın 8-ci turu çərçivəsində “Jirona” ilə oyun ərəfəsində rəqibi haqda danışıb.

Arena.az bu barədə Madrid klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Qarşıdakı rəqibə hörmət etməliyik. Turnir cədvəli vacib amildir.

“Jirona” ilk oyunlarda digər klublarla müqayisədə daha yaxşı nəticə göstərib. Biz buna hörmətlə yanaşırıq. “Jirona” bir çox komanda ilə mübarizə aparmağa qadirdir.

Onların çox ciddi üstünlüyü var – komanda avrokuboklarda iştirak etmir, ona görə də çempionat oyunlarına daha yaxşı hazırlaşa bilir.

Klublara milli komandaların oyunları daha çox təsir edir. Bizim həm zədəlilərimiz və həm də yorğunluğumuz var”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, bu gün, sentyabrın 30-da 8-ci turun mərkəzi görüşü çərçivəsində İspaniya nəhəngi “Real” “Jirona”nın qonağı olacaq.

Hazırda “kral klubu” 7 oyundan 18 xalla 3-cü pillədə qərarlaşıb. “Jirona” isə 7 oyundan 19 xal toplayıb və 2-ci pillədə yer alıb. Hər iki komanda oyun ərəfəsində potensial lider statusundadır, belə ki, 8 oyundan 20 xal toplamış “Barselona” La Liqanın lideri olsa da, mərkəzi görüşdə qələbə qazancaq tərəflərdən biri, kataloniyalıları liderlikdən məhrum edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: