Harvard universitenin alimləri araşdırmalarının nəticəsini əsasında qocalmanı əngəlləyən idman növlərini müəyyən ediblər.
Arena.az məlumat verir ki, bu idman növləri çəki saxlamağa, sümükləri, əzələləri və hətta yaddaşı gücləndirməyə kömək edir, gündəlik nikbin əhval-ruhiyyəni təmin edir.
Ən yaxşı tərəfi odur ki, bu idman növlərinin əksəriyyəti idman zalında ağır iş tələb etmir.
Sağlam yaşlanma üçün idman növlərinin siyahısını diqqətinizə çatdırırıq:
- Üzgüçülük/su aerobikası
Bu cür məşqlər bədəni gücləndirir, oynaqları qoruyur və psixi sağlamlığa zəmin verir; - Piyada gəzinti
Hər gün 30-60 dəqiqə gəzirsinizsə, bu idman ən səmərəli idman növüdür. Gəzinti qanda şəkəri azaltmağa, arıqlamağa, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmağa və yaddaşı gücləndirməyə kömək edə bilər; - Tay-Çi
Bu döyüş sənəti “hərəkətdə meditasiya” adlanır. Bu, yaşlı insanlar üçün mükəmməldir, bədəni və zehni gücləndirməyə kömək edir; - Güc təlimi
Əzələ yığmaq üçün ağır çəkilər qaldırmaq mütləq deyil, amma bu məşqləri qaçırmamalısınız. Mütəxəssislər vurğulayırlar ki, nə qədər çox əzələniz varsa, siz bir o qədər çox kalori yandırırsınız. Yəni belə məşq artıq çəkidən qoruyur; - Kegel məşqləri
Bu məşqlər çanaq dibini çalışdırmağa kömək edir və gələcəkdə mümkün sidik saxlamama fəsadlarının qarşısını alır.


