A Seriyası: “Yuventus” xal itirdi, “Roma” qalib gəldi – Video

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Atalanta” – “Yuventus” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Udineze” – “Cenoa” matçında da qalib müəyyənləşməyib. “Bolonya” “Empoli”ni 3 cavabsız qolla məğlub edibsə, “Roma” da doğma meydanda “Frozinone” üzərində inamlı qələbəyə sevinib.

Turun qalan görüşləri sabah keçiriləcək.

İtaliya, A Seriyası
7-ci tur
30 sentyabr

Leççe – Napoli 0:4
Qollar: Ostiqard, 16. Osimhen, 51. Qaetano, 88. Politano, 90+4-pen.

Milan – Latsio 2:0
Qollar: Pulişiç, 60. Okafor, 88.

Salernitana – İnter 0:4
Qollar: L.Martines, 62; 77; 85-pen; 89.

1 oktyabr

Bolonya – Empoli 3:0
Qollar: Orsolini, 21; 66; 90+2.

Udineze – Cenoa 2:2
Qollar: Lukka, 23. Matturro, 90+1-öz qapısına – Qudmundsson, 14; 41.

Atalanta – Yuventus 0:0

Roma – Frozinone 2:0
Qollar: Lukaku, 22. Pelleqrini, 83.

2 oktyabr

20:30. Sassuolo – Montsa
20:30. Torino – Verona
22:45. Fiorentina – Kalyari

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: