Əliyar Ağayev “Rakuv” – “Şturm” matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev futbol üzrə Avropa Liqasının (ÇL) qrup mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, “Rakuv” (Polşa) – “Şturm” (Avstriya) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində üz-üzə gələcək bu komandaların oyunu oktyabrın 5-də Polşada keçiriləcək. Əliyar Ağayev bu oyunun baş hakimi olacaqsa, ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Oyunun VAR hakimləri Niderlanddan olan Jeroen Mansxot və Sergey Ervin Blankdır.

Qeyd edək ki, oktyabrın 5-də baş tutacaq “Rakuv” – “Şturm” qarşılaşmasına Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Sonda onu da xatırladaq ki, “Rakuv” UEFA Çempionlar Liqasının cari mövsümünün 2-ci təsnifat mərhələsində iki görüşün nəticəsinə (3:2; 1:1) əsasən Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: