A Seriyasının 7-ci turu çərçivəsində “Fiorentina” doğma meydanda “Kalyari”ni 3:0 hesabı ilə darmadağın edib.
Arena.az məlumat verir ki, Florensiya təmsilçisi 2023-cü ildə bütün yarışlarda 83 qol vurub.
Cari ilin əvvəlindən vurulmuş qolların sayına görə “Fiorentina” “Böyük Beşlik” təmsilçiləri arasında 3-cü sıradadır. Yalnız nəhənglər – Xosep Qvardiolanın “Mançester Siti”si və Karlo Ançelottinin “Real”ı cari ildə daha çox qol vurublar.
Ortabab İtaliya komandasının müvafiq uğuru alqışalayiqdir.
“Böyük Beşlik” təmsilçiləri arasında cari ildə vurduğu qolların sayına görə ilk beşliyi diqqətinizə çatdırırıq:
- “Mançester Siti” – 109 qol;
- “Real” – 92 qol;
- “Fiorentina” – 83 qol;
- “Mançester Yunayted” – 81 qol;
- “Bayern” – 80 qol.
“Fiorentina” 7 turdan sonra hazırda 14 xalla A Seriyasının turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. Cümə axşamı, oktyabrın 5-də Vinçentso İtalyanonun yetirmələri Avropa Konfrans Liqasında Macarıstan “Ferentsvaroş”u ilə mübarizə aparacaqlar.


