AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
UEFA onu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununa təyin edib. Könül Mehdiyeva AÇ-nin D qrupu çərçivəsində baş tutacaq İsrail – Estoniya oyununun UEFA nümayəndəsi olacaq.
Sözügedən qarşılaşma oktyabrın 12-də İsraildə keçiriləcək.



