FIFA-nın dəstəyi ilə Özbəkistanın Daşkənd şəhərində türkdilli ölkələrin futbol federasiyalarının rəsmi şəxsləri arasında görüş keçirilib.
Arena.az xəbər verir ki, görüşdə Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Macarıstan futbol federasiyalarının rəsmi şəxsləri iştirak ediblər.
Futbolun inkişafı istiqamətində müzakirələrin aparıldığı görüşə Asiya Futbol Konfederasiyasının və UEFA-nın nümayəndələri də qatılıblar.
Toplantıda milli komandalar, klublar arasında beynəlxalq yarışların təşkili perspektivləri müzakirə olunub. Həmçinin futbol mütəxəssislərinin, məşqçilərin, hakimlərin qarşılıqlı inkişafı, işbirliyinin qurulmasının vacibliyi qeyd olunub.
Xatırladaq ki, bu tədbirdə AFFA-nı baş katib Sərxan Hacıyev və baş katibin müavini Kamran Vəliyev təmsil ediblər.



