Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “İnter” – “Bolonya” matçında qalib müəyyənləşməyib.
“Yuventus” doğma meydanda “Torino” üzərində inamlı qələbəyə sevinib.
“Cenoa”nın qonağı olan “Milan” da səfərdən 3 xalla qayıtmağı bacarıb.
8-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İtaliya, A Seriyası
8-ci tur
6 oktyabr
Empoli – Udineze 0:0
Leççe – Sassuolo 1:1
Qollar: Krstoviç, 48 – Berardi, 22-pen.
7 oktyabr
İnter – Bolonya 2:2
Qollar: Açerbi, 11. L.Martines, 13 – Orsolini, 19. Zirkze, 52.
Yuventus – Torino 2:0
Qollar: Qatti, 47. Milik, 62.
Cenoa – Milan 0:1
Qol: Pulişiç, 87.
8 oktyabr
14:30. Montsa – Salernitana
17:00. Frozinone – Verona
17:00. Latsio – Atalanta
20:00. Kalyari – Roma
22:45. Napoli – Fiorentina


