Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 9-cu turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, birinci dövrənin sonuncu turunun sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Sumqayıt”la “Kəpəz” arasında baş tutacaq. Çempionatın aşkar autsayderi olan Gəncə təmsilçisi bu oyundan xal və ya xallarla ayrılmağa çalışacaq.
Bu iki komanda əvvəllər 24 oyunda üz-üzə gəlib. Həmin oyunlarda sumqayıtlılar 10, gəncəlilər 6 qələbə qazanıblar. 8 oyun da heç-heçə bitib. Meydan sahibi olan komanda son 5 oyunda qələbə qazanmayıb. “Sumqayıt” son 3 matçda qol vurub.
Turun və ilk dövrənin son qarşılaşmasında isə “Neftçi” əzəli rəqibi “Qarabağ”la üz-üzə gələcək. Paytaxt təmsilçisi Azərbaycan derbisində qələbə qazanmaqla zirvəyə yaxınlaşmağa çalışacaq. Ağdam klubu isə lider “Zirə” ilə aradakı fərqi aradan qaldırmağı hədəfləyib.
Xatırladaq ki, “Neftçi” ilə “Qarabağ” indiyə qədər 91 oyunda üz-üzə gəliblər. Bu oyunlarda bakılılar 23, ağdamlılar 37 qələbə qazanıblar. 31 görüş də heç-heçə bitib. “Neftçi” son 8 görüşdə qələbə qazanmayıb. “Qarabağ” son iki mövsümdəki bütün matçlarda qol vurub.
Premyer Liqa
9-cu tur
6 oktyabr
“Zirə” – “Turan Tovuz” 2:1
Qollar: Salifu Suma, 34. Qismət Alıyev, 77 – Denis Marandiç, 74.
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu.
7 oktyabr
“Qəbələ” – “Səbail” 0:1
Qol: Rüfət Abdullazadə, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Qəbələ şəhər stadionu.
“Sabah” – “Araz-Naxçıvan” 1:1
Qollar: Anatoli Nuriyev, 82 – İshak Belfodil, 76-öz qapısına.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”.
8 oktyabr
16:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena”.
19:30. “Neftçi”– “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Neftçi Arena”.


