Basketbol: Millimiz AÇ-nin seçmə mərhələsi üçün hazırlığa başladı

Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələ oyunları üçün hazırlığa start verib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığmamız məşqləri Azərbaycan Texniki Universitetinin idman zalında davam etdirir.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk oyununu noyabrın 9-da səfərdə Litvaya qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: