AÇ-2024: Belçika İsveçə, Niderland Yunanıstana qarşı

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 8-ci turun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qrup (B, F və J qrupları) üzrə 7 qarşılaşma baş tutacaq.

F qrupunda yer alan Azərbaycan millisi doğma meydanda Avstriya yığması ilə üz-üzə gələcək. Qrupun digər matçında lider Belçika İsveçi qəbul edəcək.

B qrupunda Yunanıstan əsas rəqiblərindən olan Niderlandla münasibətlərinə aydınlıq gətirəcək. Xalsız olan Cəbəllüttariq isə İrlandiya ilə görüşdə ilkə imza atmağa çalışacaq.

J qrupunda isə Bosniya və Herseqovina – Portuqaliya, İslandiya – Lixtenşteyn və Lüksemburq – Slovakiya görüşləri baş tutacaq.

Xatırladaq ki, artıq Portuqaliya, Fransa, Belçika, İspaniya, Şotlandiya və Türkiyə yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.

Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 8-ci tur
16 oktyabr

B qrupu

22:45. Yunanıstan – Niderland
22:45. Cəbəllüttariq – İrlandiya

Xal: Fransa – 18. Yunanıstan – 12. Niderland – 9. İrlandiya – 3. Cəbəllüttariq – 0.

F qrupu

20:00. Azərbaycan – Avstriya
22:45. Belçika – İsveç

Xal: Belçika – 16. Avstriya – 13. İsveç – 6. Azərbaycan – 4. Estoniya – 1.

J qrupu

22:45. Bosniya və Herseqovina – Portuqaliya
22:45. İslandiya – Lixtenşteyn
22:45. Lüksemburq – Slovakiya

Xal: Portuqaliya – 21. Slovakiya – 13. Lükemburq – 11. Bosniya və Herseqovina – 9. İslandiya – 7. Lixtenşteyn – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: