Azərbaycan birinciliyinə start verildi, ilk günün qalibləri bilindi

Bu gün “Şüa” İdman Kompleksində stolüstü tennis üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinə start verilib.

Arena.az xəbər verir ki, yarışda müxtəlif şəhər və rayonları təmsil edən 80-ə yaxın idmançı komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərirlər.

Birinciliyin ilk günündə komanda yarışlarının qalib və mükafatçıları müəyyənləşib.

2004-2007-ci il təvəllüdlü qızlar

  1. Bakı
  2. Sumqayıt
  3. Şabran.

2004-2007-ci il təvəllüdlü oğlanlar

  1. Bakı-1
  2. Sumqayıt
  3. Şabran, Bakı-2.

2008 və kiçik təvəllüdlü qızlar

  1. Sumqayıt-1
  2. Sumqayıt-2
  3. Bakı-2, Bakı-1.

2008 və kiçik təvəllüdlü oğlanlar

  1. Bakı-1
  2. Şabran
  3. Sumqayıt-1, Bakı-2.

Azərbaycan birinciliyinə oktyabrın 21-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: