“Milan”ın itkin düşmüş futbolçusu tapıldı

İsveçin “Norçöpinq” komandasında icarədə olan “Milan”ın itkin düşmüş isveçli mərkəz hücumçusu Emil Robak tapılıb.

Arena.az xəbər verir ki, bu barədə “Norçöpinq” klubunun idman direktoru Toni Martinsson “Expressen”ə məlumat verib.

O, futbolçunun 14 gündür harada olduğunu açıqlamayıb: “Bu gün onunla görüşdüm. Vəziyyət nəzarət altındadır. Amma indi bu barədə daha danışmayacağıq”.

Xatırladaq ki, 20 yaşlı hücumçudan 14 gün idi ki, səs-soraq yox idi. “Norçöpinq” nümayəndələri və ailə üzvləri gənc futbolçunun başına nə gəldiyini bilmirdilər. Robak iki həftəydi komandanın məşqlərində iştirak etmirdi. Emil komanda yoldaşlarına məşqləqdə iştirak edə bilməyəcəyi haqda da öncədən xəbərdarlıq etməmişdi.

Emil Robak 2020-ci ildən “Milan”ın sistemindədir. Robak “Norçöpinq”ə cari ilin martında icarə əsasında qoşulub və İsveç klubu ilə müqaviləsi cari ilin noyabr ayının sonuna qədər qüvvədədir. Robak geridə qalmış 2022/2023 mövsümündə “Norçöpinq”in heyətində 3 oyunda 26 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Emil cari mövsümdə heç bir oyunda iştirak etməyib.

Emil Robak İsveçin U-16, U-17, U-19 yığmalarında çıxış edib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Emil Robakı 200 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: