Tomas Tuxel siyasi suallardan təngə gəlib: “Susmaq yaxşıdır”

“Bayern”in baş məşqçisi Tomas Tuxel kənar mövzuları şərh etmədən məşqçilik fəaliyyətini icra etmək istəyinə dair danışıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, məsələ İsraillə münaqişədə Fələstinə dəstək vermiş, komandanın müdafiəçisi Nussayr Mazraui ilə bağlı məqamı ehtiva edir.

Alman mütəxəssis müvafiq xüsusda danışaraq, mütəxəssisi olmadığı məsələrdə susmağa üstünlük verdiyini açıqlayıb:

“Son illərdə oxşar məqamlar çox olub. İdman cəmiyyəti əks etdirir – və əksinə. Futbol da müəyyən qədər cəmiyyəti əks etdirir. Buna görə insanlar tez-tez mütəxəssis olmadığınız şeylər haqqında soruşurlar. Bəzən susmaq daha yaxşıdır, xüsusən də lazımi biliklərin yarısından çoxu olmadıqda. Mən bu geosiyasi münaqişə ilə bağlı bunu edirəm. Amma vəziyyət belədir: biz ən yüksək səviyyədə oynayırıq və idman cəmiyyət, mədəniyyət və siyasi mövzularla qarışır”, – deyə Tomas Tuxel vurğulayıb.

Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: