A Seriyası: “Milan” “Yuventus”a evdə uduzdu – Video

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.

“Roma” doğma meydanda “Montsa”ya, “Bolonya” “Frozinone”yə, “Atalanta” isə “Cenoa”ya qalib gəlib. Dörd qolun qeydə alındığı “Salernitana” – “Kalyari” matçında heç-heçə qeydə alınıb.

Turun mərkəzi oyununda “Milan” “Yuventus”u qəbul edib. Turin təmsilçisi çətin səfər matçından qələbə ilə qayıdıb.

9-cu turun qalan görüşləri sabah keçiriləcək.

İtaliya, A Seriyası
9-cu tur
21 oktyabr

Verona – Napoli 1:3
Qollar: Lazoviç, 60 – Politano, 27. Kvaratsxeliya, 43; 55.

Torino – İnter 0:3
Qollar: Türam, 59. L.Martines, 67. H.Çalhanoğlu, 90+5-pen.

Sassuolo – Latsio 0:2
Qollar: F.Anderson, 28. L.Alberto, 35.

22 oktyabr

Roma – Montsa 1:0
Qol: El-Şaaravi, 90.

Bolonya – Frozinone 2:1
Qollar: Ferquson, 19. De Silvestri, 22 – Sule, 63-pen.

Salernitana – Kalyari 2:2
Qollar: Dia, 86; 90+5-pen – Luvumbo, 79. Viola, 88.

Atalanta – Cenoa 2:0
Qollar: Lukman, 68. Ederson, 90+5.

Milan – Yuventus 0:1
Qol: Lokatelli, 63.

23 oktyabr

20:30. Udineze – Leççe
22:45. Fiorentina – Empoli

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: