“Las Palmas” və “Rayo Valyekano” azarkeşləri dava saldılar

Oktyabrın 21-də, Las-Palmas-de-Qran-Kanariyada “Las Palmas” və “Rayo Valyekano” tərəardarları arasında idmana yaraşmayan biabırçı dava olub.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, münaqişə zamanı azarkeşlərdən biri bıçaqlanıb.

Davada təxminən 150 nəfərin iştirak etdiyi bildirilir. İğtişaşlar şəhərin bir neçə müəssisəsində istirahət edən “Las Palmas” azarkeşlərinə hücum etmiş “Rayo Valyekano” klubunun ifratçı azarkeşləri tərəfindən başlayıb. Yerli polis bu davaya son qoya bilib, nəticədə bir nəfər, “Ovyedo” azarkeşi də həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları davanın yenidən başlamasının qarşısını almaq üçün bir müddət hadisə yerində mövqe tutublar. Bıçaqlanmış zərərçəkmiş azarkeşin yüngül dərəcəli xəsarət aldığı vurğulanır.

Xatırladaq ki, “Las Palmas” – “Rayo Valyekano” matçı qonaqların 1:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: