Orxan Məmmədov Bakıda Acun Ilıcalı ilə görüşdü

“Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Bakıda türk iş adamı Acun Ilıcalı ilə görüşüb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti olan Orxan Məmmədov İngiltərənin “Hall Siti”, İrlandiyanın “Şelbrun” klublarının sahibi olan Acun Ilıcalı ilə görüşdə bir sıra məsələləri müzakirə edib. Belə ki, görüş zamanı qarşılıqlı fikir mübadiləsi, gələcəkdə “Zirə” PFK ilə əməkdaşlıq və ölkəmizdə əyləncə, idman və turizm sahələrinə sərmayələr haqqında müzakirələr aparılıb.

Sonda Acun Ilıcalıya “Zirə” PFK-nın 10 nömrəli forması təqdim edilib.

Xatırladaq ki, dünəndən Azərbaycanda səfərdə olan Acun Ilıcalı “Turan Tovuz”un rəhbərliyi ilə də oxşar görüş keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: