“Barselona” Kanselonu “Mançester Siti”dən almaq niyyətindədir

“Barselona” icarəyə götürdüyü portuqal sağ cinah müdafiəçisi Joao Kanselo ilə əməkdaşlığı tamhüquqlu əsasda davam etdirmək niyyətindədir.

Arena.az “Sport.es” dərgisnə istinadən məlumat verir ki, Kataloniya klubu portuqal müdafiəçinin tamhüquqlu transferi müqabilində “Mançester Siti”yə təxminən 25 milyon avro ödəməyə hazırdır.

Vurğulanır ki, İspaniya çempionu mövsümün sonunu gözləmədən “Mançester Siti” ilə tez bir zamanda razılığa gəlmək niyyətindədir. Hazırda danışıqlarda əsas fəsad klublar arasında futbolçunun qiymətinin dəyərləndirilməsindəki kəskin uyğunsuzluqdur. “Şəhərlilər” müdafiəçinin satışından ən azı 50 milyon avro qazanmaq niyyətindədirlər ki, bu məbləğ “Barsa”nın təklifini ikiqat üstələyir və çox güman ki, Kataloniya klubunun maddi imkanları xaricindədir.

Joao Kanselo cari ilin sentyabr ayında “Mançester Siti”dən icarə əsasında “Barselona”ya keçib. İcarə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kanselo “Barsa”nın heəytində 9 oyuna 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Joao Kanselo 2016-cı ilin sentyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 48 oyun keçirib, 9 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Joao Kanselonu 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: