“Sabah” “Baxçaşəhər”i qəbul edir

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu ikinci oyununda Türkiyə təmsilçisi “Baxçaşəhər”lə üz-üzə gələcək.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq qarşılaşmaya saat 19:00-da start veriləcək.

Xatırladaq ki, “Sabah” müntəzəm mövsümün ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə uduzmuşdu. “Baxçaşəhər”lə oyun doğma meydandakı ilk qarşılaşma olacaq.

FIBA Avropa Kuboku
D qrupu, 2-ci tur
25 oktyabr

19:00. “Sabah” – “Baxçaşəhər”
Bakı. “Sərhədçi” İdman Mərkəzi.

Xəbəri sosial şəbəkələrdə paylaş: