“Qəbələ” bu gün macarlarla cavab oyununa çıxacaq

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) UEFA Gənclər Liqasında növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə cavab görüşündə üz-üzə gələcək.

Bu komandalar arasındakı ilk oyun Qəbələdə keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə Macarıstanda, “Puşkaş Akademiya Panço Arena”da baş tutacaq. Oyunu Norveçdən olan ədalət təmsilçiləri idarə edəcək.

AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi olan “Qəbələ” UEFA Gənclər Liqasında iştirak üçün 20 futbolçu sifariş edib:

Məmməd Muradov, Həbib Hüşənov, Nuğay Rəşidov, Fuad Əhmədov, İbrahim Ramazanov, Ravil Qafarov, Eşqin Əhmədov, Okan Təhməzli, Sənan Ağalarov, Şahin Şahniyarov, Kənan Baxışov, Xəyyam Məmmədli, Rüfət Bədəlzadə, Qədir Ramazanov, Rəvan Əsədov, Cuma Hüseynov, İlkin Budaqov, Elnur Mustafayev, Ceyhun Bağırzadə, İslam Abdüləzizov.

Bu, “Qəbələ”nin turnirdə 6-cı cəhdidir. Yarışda 2016/17 mövsümündə debüt edən komandamızın daha bir cəhdi koronavirus pandemiyası səbəbindən 2020/21 mövsümünün ləğvinə görə baş tutmayıb.

Xatırladaq ki, bu cütün qalibi növbəti raundda “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

UEFA Gənclər Liqası
Çempionlar yolu, 1-ci mərhələ, cavab oyunu
25 oktyabr

18:00. “Puşkaş Akademiya” – “Qəbələ”
Baş hakim: Mohammad Usman Aslam.
Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Yorgen Ronninq Valstadsve (hamısı Norveç).
Dördüncü hakim: Marton Ruş (Macarıstan).
“Puşkaş Akademiya Panço Arena”.
İlk oyun – 1:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: