Çempionlar Liqasında Fələstin bayrağı ucaldıldı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun “Seltik” – “Atletiko” oyununda yerli azarkeşlər Fələstin bayrağı qaldırıblar.

Arena.az məlumat verir ki, “Seltik” azarkeşləri növbəti dəfə komandalarının oyununu Fələstinə dəstəyə həsr ediblər.

Azarkeşlər “Seltik Park”ın tribunalarından çoxsaylı Fələstin bayraqları asıblar, həmçinin bayraq dirəyi üzərində böyük bayraqlar dalğalandırıblar. “Keltlər”in əsas tərəfdar dəstəsi “Green Brigade”in yerləşdiyi tribunada azarkeşlər rəngbərəng yağış örtüklərindən istifadə edərək Fələstin bayrağı düzəldiblər.

Feliks Svayerin rəhbərlik etdiyi Almaniyadan olan hakimlər briqadasının idarə etdiyi oyun 2:2 hesabı ilə başa çatıb.

Heç-heçə sayəsində “Seltik” “E” qrupunda ilk xalını qazanıb və autsayder mövqeyində qalmaqda davam edir. “Feyenoord” 6 xalla qrupun lideridir. Madrid “Atletiko”sunun 5, “Lazio”nun 4 xalı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: