Şahruddin “Konyaspor”la oyunda da ehtiyatda qaldı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” Türkiyə Super Liqasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 10-cu tur çərçivəsində doğma meydanda “Konyaspor”la qarşılaşıb.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Məhəmmədəliyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Adana Dəmirspor” bu qələbədən sonra 20 xalla 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da cəmi 1 matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: