A Seriyası: Turin klublarına qələbə üçün 1 qol bəs etdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Sassuolo” – “Bolonya” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Səfərdə “Leççe”nin qonağı olan “Torino” 3 xalı tək qolla qazanıb. Turinin daha məşhur “Yuventus” komandası da evdə “Verona”nı oxşar hesabla məğlub edib.

10-cu turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
10-cu tur
27 oktyabr

Cenoa – Salernitana 1:0
Qol: Qudmundsson, 35.

28 oktyabr

Sassuolo – Bolonya 1:1
Qollar: Boloka, 44 – Zirkze, 3.

Leççe – Torino 0:1
Qol: Bonjorno, 31.

Yuventus – Verona 1:0
Qol: Kambyaso, 90+7.

29 oktyabr

15:30. Kalyari – Frozinone
18:00. Montsa – Udineze
21:00. İnter – Roma
23:45. Napoli – Milan

30 oktyabr

21:30. Empoli – Atalanta
23:45. Latsio – Fiorentina

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: