Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turunun “Sumqayıt” – “Qəbələ” matçı qolsuz (0:0) başa çatdı.
Arena.az Sumqayıtda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
11-ci tur
29 oktyabr
“Sumqayıt” – “Qəbələ” 0:0
Sarı vərəqələr: Vüqar Mustafayev, 62 (qeyri-idman hərəkəti). Rövlan Muradov, 83 (qeyri-idman hərəkəti) – Zurab Oçiqava, 39 (qeyri-idman hərəkəti). Gilad Abramov, 45 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 16:00. “Kapital Bank Arena”, 1350 tamaşaçı.
Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Rəhman İmami.
Dördüncü hakim: Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (30. Kamran Quliyev, 83), 11. Kazimir Ninqa (9. Erik Sorqa, 65), 12. Abu Dosso, 10. Kamran Əliyev, 71. Masaki Murata (58. Oktavio Manteka, 65).
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli (12. Nicat Əliyev, 79), 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh (18. Mehrac Baxşalı, 59), 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.


