A Seriyası: “İnter” qalib gəldi, “Milan” Neapolda qələbəni əldən verdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“İnter” doğma meydanda qarşılaşdığı “Roma”ı minimal hesabla üstələyib. Yeddi qolun qeydə alındığı “Kalyari” – “Frozinone” matçında da meydan sahibləri qələbə qazanıblar.

“Montsa” – “Udineze” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Daha bir maraqlı görüş “Napoli” ilə “Milan” arasında baş tutub. İlk hissədə 2:0 öndə olan milanlılar fasilədən sonra bu üstünlüyü əldən veriblər və qarşılaşma bərabərliklə yekunlaşıb.

10-cu turun qalan görüşləri sabah keçiriləcək.

İtaliya, A Seriyası
10-cu tur
27 oktyabr

Cenoa – Salernitana 1:0
Qol: Qudmundsson, 35.

28 oktyabr

Sassuolo – Bolonya 1:1
Qollar: Boloka, 44 – Zirkze, 3.

Leççe – Torino 0:1
Qol: Bonjorno, 31.

Yuventus – Verona 1:0
Qol: Kambyaso, 90+7.

29 oktyabr

Kalyari – Frozinone 4:3
Qollar: Oristanio, 72. Makumdu, 76. Pavoletti, 90+4; 90+6 – Sule, 23; 37. Berşianini, 49.

Montsa – Udineze 1:1
Qollar: Kolpani, 27 – Lukka, 6.

İnter – Roma 1:0
Qol: M.Türam, 81.

Napoli – Milan 2:2
Qollar: Politano, 50. Raspadori, 63 – Jiru, 22; 31.

30 oktyabr

21:30. Empoli – Atalanta
23:45. Latsio – Fiorentina

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: