“Sabah” “Nimbruk”a da məğlub oldu

Azərbaycanın basketbol üzrə “Sabah” komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu üçüncü oyununda Çexiya təmsilçisi “Nimbruk”la üz-üzə gəlib.

Səfərdə baş tutan qarşılaşma Bakı klubu üçün uğursuz alınıb. Komandamız qrup liderinə də məğlub olub.

Xatırladaq ki, “Sabah” müntəzəm mövsümün ilk görüşündə Monteneqroda “Mornar”a 75:80, ikinci dueldə isə Bakıda Türkiyənin “Baxçaşəhər” komandasına 65:83 hesabıyla uduzmuşdu.

Hazırda “Nimburk” 6 xalla D qrupunda liderlik edir. Sonuncu olan Azərbaycan təmsilçisinin isə hesabında 3 xal var.

FIBA Avropa Kuboku
D qrupu, 3-cü tur
1 noyabr

“Nimbruk” – “Sabah” 92:61

Xal: Nimbruk – 6. Baxçaşəhər – 5. Mornar – 4. Sabah – 3.

Qrupdakı üçüncü oyundan sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Boban Mitev fikirlərini bölüşüb. O, “Nimburk”a məğlubiyyəti belə şərh edib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün çətin oldu. “Nimburk” çox sürətli və aqressiv oyun sərgilədi. Çoxlu 3 xallıq atışlar etdilər və müdafiə ribaundları qazandılar. 22 hücum ribaundu, 18 uğursuz atış və 23 top itkisi. Məğlubiyyətimizə səbəb bunlardır. Rəqibin aqressiv müdafiəsi bizim üçün problem yaratdı”.

Xəbəri sosial şəbəkələrdə paylaş: