İtaliya kubokunda 1/8 finalın bütün iştirakçıları bəlli oldu

Futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Sassuolo” – “Spetsiya” matçında qapılara qol vurulmayıb. Bu üzdən də cütün taleyini penaltilər həll edib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sassuolo” növbəti mərhələyə yüksəlib.

Üç qolun qeydə alındığı “Torino” – “Frozinone” matçında isə qonaqlar qələbə qazanıblar. Nəticədə Turin təmsilçisi kubokla vidalaşıb.

Beləliklə, İtaliya kubokunda 1/16 final mərhələsindən sonra “Kremoneze”, “Salernitana”, “Bolonya”, “Cenoa”, “Parma”, “Kalyari”, “Spetsiya” və “Frozinone” 1/8 finalda oynamaq hüququ qazanıblar. Artıq bu komandaların rəqibləri də məlumdur. Aşağıda 1/8 final mərhələsindəki oyunların siyahısı ilə tanış ola bilərsiniz.

İtaliya Kuboku
1/16 final

31 oktyabr

Kremoneze – Çittadella 2:1
Salernitana – Sampdoriya 4:0
Bolonya – Verona 2:0

1 noyabr

Cenoa – Reciana 2:1
Leççe – Parma 2:4
Udineze – Kalyari 1:2

2 noyabr

Sassuolo – Spetsiya 0:0 (penaltilər 5:4)
Torino – Frozinone 1:2

1/8 final cütləri

6 dekabr

21:00. Milan – Kalyari
21:00. Atalanta – Sassuolo
21:00. Yuventus – Salernitana
21:00. Latsio – Cenoa
21:00. Napoli – Frozinone
00:00. Fiorentina – Parma

20 dekabr

00:00. İnter – Bolonya

3 yanvar, 2024

21:00. Roma – Kremoneze

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: