“NTD-Indigo” – “Sabah” oyunu təxirə salındı

Azərbaycan Basketbol Liqasının (ABL) 2-ci turunun noyabrın 5-də keçirilməli olan “NTD-Indigo” – “Sabah” oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “NTD-Indigo” klubunun müraciəti və “Sabah” klubunun razılığı əsasında qarşılaşmanın sonrakı tarixlərə təxirə salınmasına qərar verilib. Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, 2-ci turun ilk oyununda “Xəzri” region təmsilçisi “Gəncə”yə 93:76 hesabıyla qalib gəlib. “Xırdalan” isə “Sumqayıt”la görüşdə 81:77 hesablı qələbəyə sevinib. “Cəlilabad” – “Neftçi” və “Şəki” – “Sərhədçi” oyunları bu gün və sabah keçiriləcək.

Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Xırdalan (2 oyun, 2 qələbə) – 4 xal
  2. Xəzri (2 oyun, 2 qələbə) – 4 xal
  3. Sabah (1 oyun, 1 qələbə) – 2 xal
  4. NTD-İndiqo (1 oyun, 1 qələbə) – 2 xal
  5. Sumqayıt (2 oyun, 2 məğlubiyyət ) – 2 xal
  6. Cəlilabad (1 oyun, 1 qələbə) – 2 xal
  7. Gəncə (2 oyun, 2 məğlubiyyət) – 2 xal
  8. Neftçi (1 oyun, 1 məğlubiyyət) – 1 xal
  9. Sərhədçi (1 oyun, 1 məğlubiyyət) – 1 xal
  10. Şəki (1 oyun, 1 məğlubiyyət) – 1 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: