A Seriyası: “Frozinone” və “Torino”dan qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Frozinone” doğma meydanda “Empoli”ylə, “Torino” isə “Sassuolo” ilə qarşılaşıb. Hər iki oyunda qapılara üç qol vurulub və meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Beləliklə, 11 turdan sonra 28 xala malik “İnter” A Seriyasının vahid lideridir. 26 xal toplamış “Yuventus” ikinci, 22 xalla üçüncü olan “Milan” isə üçüncü pillədə qərarlaşıb. “Napoli” 21, “Atalanta” 19, “Bolonya” 18, “Roma” və “Fiorentina” 17, “Montsa” və “Latsio” 16, “Frozinone” və “Torino” 15, “Leççe” 13, “Cenoa” və “Sassuolo” 11, “Udineze” 10, “Kalyari” 9, “Verona” 8, “Empoli” 8, “Salernitana” da 4 xal toplayıb.

İtaliya, A Seriyası
11-ci tur
3 noyabr

Bolonya – Latsio 1:0
Qol: Ferquson, 46.

4 noyabr

Salernitana – Napoli 0:2
Qollar: Raspadori, 13. Elmas, 82.

Atalanta – İnter 1:2
Qollar: Skamakka, 61 – H.Çalhanoğlu, 40-pen. L.Martines, 57.

Milan – Udineze 0:1
Qol: R.Pereyra, 62-pen.

5 noyabr

Verona – Montsa 1:3
Qollar: Folorunşo, 86 – Kolombo, 41; 73; 84.

Kalyari – Cenoa 2:1
Qollar: Viola, 48. Zappa, 69.

Roma – Leççe 2:1
Qollar: S.Azmun, 90+1. Lukaku, 90+4 – Almkvist, 71.

Fiorentina – Yuventus 0:1
Qol: Miretti, 10.

6 noyabr

Frozinone – Empoli 2:1
Qollar: M.Çuni, 58. A.İbrahimoviç, 74 – F.Kaputo, 86.

Torino – Sassuolo 2:1
Qollar: A.Sanabriya, 5. N.Vlaşiç, 68 – Torstvedt, 18.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: