“Espanyol”da yeni baş məşqçi – Luis Migel Ramis

İspan mütəxəssis Luis Migel Ramis bu mövsüm 2-ci Liqada mübarizə aparan “Espanyol” komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az bi barədə sözügedən klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Tarraqondan olan kataloniyalı mütəxəssislə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb. Luis Migel Ramis komandanı Liqaya qaytara bilsə, o halda klub, mütəxəssislə müqaviləsinin müddətini daha 1 il uzadacaq.

Hazırda “Espanyol” La Liqa 2-də 14 turdan sonra 24 xalla 5-ci pillədə qərarlaşıb.

Ramis İspaniyada həm peşəkar oyunçu, həm də məşqçi kimi böyük təcrübəyə malikdir. Keçmiş mərkəz müdafiəçisi “Real”, “Sevilya” və “Deportivo de la Korunya” komandalarında oynayıb. Daha əvvəl, Ramis “Real”a qayıtdıqdan sonra madridlilərin gənclər komandasında məşqçilik karyerasına başlayıb.

Akademiya komandaları ilə 10 illik iş təcrübəsindən sonra Ramis 2017-ci ildə “Almeriya”yanın sükanı arxasına keçərək, böyük futbolda məşqçi kimi debüt edib. O vaxtdan bəri Ramis iki komandanı La Liqanın pley-off mərhələsinə çıxarıb: əvvəlcə, 2019-cu ildə “Albasete Balompye”ni, sonra 2022-ci ildə “Tenerife”ni.

Ramis “Tenerife”dən ötən mövsümün sonunda ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: