“Gəncə”də 3 yeni basketbolçu

Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Gəncə” komandası heyətini yeni basketbolçularla gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Gəncənin eyniadlı klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni transferlərdən biri Maqsud Rüstəmovdur. O, bu mövsümün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq. 21 yaşlı basketbolçu hücumçu mövqeyində çıxış edir. Onun son klubu “Şəki” olub.

Komandanın cari mövsümdə şərəfini qoruyacaq basketbolçular arasında Nicat Hüseynov da var. Təcrübəli mütəxəssis Rizvan Səfərovun yetirməsi olan hücumçu 2007-ci təvəllüdlüdür. Məşqçilər korpusunun etimadını qazanan Nicat karyerasında ilk peşəkar müqaviləyə imza atıb.

“Gəncə”nin cari mövsümdə heyətində yer alan basketbolçulardan biri də Orxan Abbasovdur. 27 yaşlı Abbasov müdafiəçi mövqeyində oynayır. O, 2019-cu ildə də “Gəncə”də çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: