Azərbaycanın basketbol üzrə “Sabah” komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu dördüncü oyununda Monteneqro təmsilçisi “Mornar”la üz-üzə gələcək.
Bakıdakı “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq görüşə saat 19:00-da start veriləcək.
Xatırladaq ki, “Sabah” müntəzəm mövsümün ilk görüşündə məhz “Mornar”la qarşılaşmışdı və Monteneqroda 75:80 hesablı məğlubuyyətə üzülmüşdü. Bakıda Türkiyənin “Baxçaşəhər” komandasına uduzan (65:83) Azərbaycan təmsilçisi son olaraq səfərdə Çexiya “Nimbruk”una məğlub olub – 61:95.
Hazırda təmsilçimizin hesabında cəmi 3 xal var və qrup sonuncusudur. “Mornar” isə 4 xalla D qrupunun üçüncüsüdür.
FIBA Avropa Kuboku
D qrupu, 4-cü tur
8 noyabr
19:00. “Sabah” – “Mornar”
Xal: Nimbruk – 6. Baxçaşəhər – 5. Mornar – 4. Sabah – 3.


