A Seriyası: “Cenoa” “Verona”nı tək qolla yendi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Sassuolo” – “Salernitana” matçında qalib müəyyənləşməyib. “Cenoa” isə doğma meydanda “Verona”nı minimal hesabla üstələyib.

Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya, A Seriyası
12-ci tur
10 noyabr

Sassuolo – Salernitana 2:2
Qollar: Torstvedt, 36; 52 – İkvuemesi, 5. Dia, 17.

Cenoa – Verona 1:0
Qol: Draquşin, 44.

11 noyabr

18:00. Leççe – Milan
21:00. Yuventus – Kalyari
23:45. Montsa – Torino

12 noyabr

15:30. Napoli – Empoli
18:00. Fiorentina – Bolonya
18:00. Udineze – Atalanta
21:00. Latsio – Roma
23:45. İnter – Frozinone

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: