“İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi qazandığı sonuncu “Qızıl top”u MLS təmsilçisinin azarkeşlərinə təqdim edib.
Arena.az məlumat verir ki, bu gün, noyabrın 11-də Amerikanın “İnter Mayami” və “Nyu-York Siti” komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Qarşılaşma “Nyu-York Siti”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyun ərəfəsində “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi oktyabrın sonunda aldığı 8-ci “Qızıl top”unu azarkeşlər qarşısına çıxararaq, təqdim edib.


