A Seriyası: “Yuventus” qalib gəldi, “Milan” xal itirdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Montsa” – “Torino” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun vurulduğu “Leççe” – “Milan” matçı da bərabərliklə yekunlaşıb.

“Yuventus” isə bu dəfə “Kalyari” ilə ev oyunundan qalib ayrılıb.

Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
12-ci tur
10 noyabr

Sassuolo – Salernitana 2:2
Qollar: Torstvedt, 36; 52 – İkvuemesi, 5. Dia, 17.

Cenoa – Verona 1:0
Qol: Draquşin, 44.

11 noyabr

Leççe – Milan 2:2
Qollar: Sansone, 66. Banda, 77 – Jiru, 28. Reynders, 35.

Yuventus – Kalyari 2:1
Qollar: Bremer, 60. Ruqani, Dossena, 75.

Montsa – Torino 1:1
Qollar: Kolpani, 65 – İliç, 55.

12 noyabr

15:30. Napoli – Empoli
18:00. Fiorentina – Bolonya
18:00. Udineze – Atalanta
21:00. Latsio – Roma
23:45. İnter – Frozinone

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: