Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz doğma meydanda Belçika yığması ilə qarşılaşıb.
“Sərhədçi” İdman Mərkəzində baş tutan oyun komandamız üçün uğursuz alınıb. Belə ki, basketbolçularımız yekunda 28:136 hesabıyla (!) məğlub olublar.
Xatırladaq ki, komandamız seçmə mərhələdəki ilk oyununu səfərdə Litvaya qarşı keçirmiş və 62:99 hesabıyla məğlub olmuşdu.
Qeyd edək ki, millimizin yer aldığı C qrupunda Litva və Belçika ilə yanaşı, Polşa yığması da mübarizə aparır. Azərbaycan millisi qrupdakı növbəti oyunlarını 2024-cü ilin noyabrında Polşa və Litvaya qarşı keçirəcək. Bu oyunların hər ikisi Bakıda baş tutacaq. Belçika və Polşa ilə səfər oyunları isə 2025-ci ilin fevral ayına təsadüf edəcək.


