“Sumqayıt” – “Qarabağ” matçı Əhmədova tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun iki oyunu üçün təyinatlar müəyyənləşib.

Arena.az xəbər verir ki, turun açılış matçı olan “Səbail” – “Sabah” oyunu Rəhim Həsənova tapşırılıb.

“Sumqayıt”ın “Qarabağ”la ev oyununa isə Rəşad Əhmədov təyinat alıb.

Azərbaycan Premyer Liqası
16-cı tur
19 fevral

“Səbail” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASCO Arena”, 16:00.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena”, 18:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: