A Seriyası: Derbi qolsuz bitdi, çempion uduzdu, lider sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Udineze” – “Atalanta” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Latsio” və “Roma” arasında baş tutmuş paytaxt derbisində ümumiyyətlə qapılara qol vurulmayıb.

Son çempion “Napoli” evdə “Empoli”yə son dəqiqə qolu ilə uduzub.

“Fiorentina” doğma meydanda “Bolonya”nı, “İnter” isə “Frozinone”ni məğlub yola salıb.

Beləliklə, 12 turdan sonra 31 xala malik “İnter” vahid liderdir. 29 xalı olan “Yuventus” ikinci, 23 xala malik “Milan” 3-cüdür. “Napoli”nin 21, “Atalanta” və “Fiorentina”nın 20, “Roma” və “Bolonya”nın 18, “Montsa” və “Latsio”nun 17, “Torino”nun isə 16 xalı var.

İtaliya, A Seriyası
12-ci tur
10 noyabr

Sassuolo – Salernitana 2:2
Qollar: Torstvedt, 36; 52 – İkvuemesi, 5. Dia, 17.

Cenoa – Verona 1:0
Qol: Draquşin, 44.

11 noyabr

Leççe – Milan 2:2
Qollar: Sansone, 66. Banda, 77 – Jiru, 28. Reynders, 35.

Yuventus – Kalyari 2:1
Qollar: Bremer, 60. Ruqani, Dossena, 75.

Montsa – Torino 1:1
Qollar: Kolpani, 65 – İliç, 55.

12 noyabr

Napoli – Empoli 0:1
Qol: Kovalenko, 90+1.

Fiorentina – Bolonya 2:1
Qollar: Bonaventura, 17. N.Qonsales, 48-pen – Zirkze, 33-pen.

Udineze – Atalanta 1:1
Qollar: Uolas, 44 – Ederson, 90+2.

Latsio – Roma 0:0

İnter – Frozinone 2:0
Qollar: Dimarko, 43. H.Çalhanoğlu, 48.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: