“Gəncə” amerikalı oyunçusu ilə müqaviləyə erkən xitam verdi

Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünə çox uğursuz başlamış “Gəncə” amerikalı oyunçusu Neyton Sprinqslə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Neyton Sprinqs artıq komandanın sıralarını tərk edib. Buna Sprinqsin zədəsi səbəb göstərilib. Belə ki, amerikalı basketbolçu mövsüm öncəsi məşqlərin birində ağır zədələnib. Bu üzdən də o, çempionatda heç bir oyunda meydana çıxmayıb. Amerikalı basketbolçunun müalicə prosesi uzun müddət çəkəcəyindən vətəninə yollanmaq məcburiyyətində qalıb. Bu səbəbdən müdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Klub Neyton Sprinqsə tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, “Gəncə” bu mövsüm Azərbaycan Basketbol Liqasında keçirdiyi ilk üç oyunun hamısından məğlub ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: