“Bayern” Nestori İrankunda ilə müqavilə imzaladı

Almaniya çempionu “Bayern” 17 yaşlı avstraliyalı vinger Nestori İrankunda ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Lakin müqavilənin dəqiq müddəti açıqlanmayıb. İrankundanın 2024-cü il iyulun 1-də “Bayern”ə qoşulacağı diqqətə çatdırılıb. Çünki FIFA qaydaları onun fevralda tamam olacaq 18 yaşına qədər Avropaya köçməsinə mane olur.

Nestori İrankunda Tanzaniyada anadan olub. Futbolçu 3 aylıq olarkən, burundili valideynləri vətəndaş müharibəsi səbəbindən ölkədən qaçaraq, Avstraliyaya köçüblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: