Azərbaycan Kubokunda 2023/2024 mövsümü bu gün başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.

İkinci Liqa təmsilçilərindən “Füzuli” “Lerik”lə, “Qusar” “Şahdağ Qusar”la, “Göygöl” də “Dinamo” ilə qarşılaşacaq.

Azərbaycan Kubokunda ilk təsnifat mərhələsinin qalan oyunları 19-20 noyabrda keçiriləcək.

Azərbaycan Kuboku
Birinci təsnifat mərhələsi
18 noyabr

“Füzuli” – “Lerik”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”, 13:00.

“Qusar” – “Şahdağ Qusar”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Göygöl” – “Dinamo”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl OİK stadionu, 14:30.

19 noyabr

“Ağdaş” – “Cəbrayıl”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Ağdaş şəhər stadionu, 14:00.

“Şəki Siti” – “Kür-Araz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Şəki şəhər stadionu, 14:00.

“Baku Sportinq” – “Kürmük Qax”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Tərlan Talıbzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 14:30.

20 noyabr

“Şəfa” – “Şəmkir”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: